Naxçıvanda da uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verildi

22/12/2021

Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvanın Təhsil Nazirliyinin tabeliyinə verilib.

Bu barədə Ali Məclisin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.