Naxçıvana reyslərin çoxaldılması müzakirə edilir
08/08/2020

"Naxçıvana reyslərin artırılması müzakirə olunur".
"XəbərBuro" xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Şahmar Mövsümov söyləyib. O deyib ki, Naxçıvana reyslərin artırılması müzakirə edilirr:
"Yaxın günlərdə bununla bağlı qərar qəbul olunacaq. Beynəlxalq reyslərin bərpası ilə bağlı belə bir arqument var ki, biz rayonlara gediş-gəlişi açmamış xaricə səfərləri necə açaq? Haqlı sualdır. Buna görə də bu iki məsələ eyni vaxtda həll ediləcək".