Naxçıvan MR-ın Dövlət İmtahan Mərkəzi yaradılıb

Esed Abasli 18/12/2020

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 18-də “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılıb.

“Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib .

“Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin strukturu” təsdiq edilib. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.