Naxçıvan istiqamətində atışma: Ermənistan itki verdi
Esed Abasli 07/03/2022

Azərbaycan-Ermənistan sərhədində atışma olub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Naxçıvan istiqamətində baş verən insident nəticəsində iki erməni hərbçi yaralanıb.
Bildirilir ki, onlardan biri - leytenant Qraç Manasaryan xəstəxanaya aparılarkən yolda ölüb.
Mənbə: Sputnik Ermənistan