NATO Rusiyanı qoşunlarını Ukrayna sərhədlərindən çıxarmağa çağırıb

Esed Abasli 19/02/2022

"Biz Rusiyanı öz qüvvələrini Ukrayna sərhədlərindən çıxarmağa çağırırıq. Bu, böhranın sülh yolu ilə həlli istiqamətində mühüm ilk addım olmalıdır", - o deyib.


Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı Rusiyaya NATO-Rusiya Şurasında (NRC) adi və nüvə silahlarına nəzarət üzrə bir sıra müzakirələr təklif etməkdə davam edir.


"Rusiyanı risklərin azaldılması, adi və nüvə silahlarına nəzarəti müzakirə etmək üçün bir sıra görüşlər keçirməyə çağırışımı təkrar etmək istəyirəm", - Stoltenberq bildirib.


O, həmçinin Rusiyanı Ukrayna böhranı ilə bağlı diplomatiya yolunu seçməyə çağırıb.


NATO hesab edir ki, Avropada təhlükəsizlik yalnız ABŞ-la əməkdaşlığa əsaslanır və bunu iki dünya müharibəsi sübut edib.