NATO Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyada döyüş qrupları yerləşdirəcək.

Esed Abasli 24/03/2022

NATO Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyada döyüş qrupları yerləşdirəcək.

Xəbər Büro bildirir ki,Brüsseldə iştirakçı ölkələrin sammitindən sonra verilən bəyanata görə,NATO liderləri Şərqi Avropada dörd döyüş qrupu yerləşdirmək barədə razılığa gəliblər.

“Biz Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada dörd əlavə çoxmillətli döyüş qrupları yaradırıq”. Bundan əlavə qeyd edilib ki,blok üzvləri hərbi xərclərin maliyyələşdirilməsini genişləndirmək barədə razılığa gəliblər.

"Alyansın təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyimiz tədbirlər müvafiq resurslar tələb edir. Müttəfiqlər müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırırlar", - bəyanatda deyilir.

Sammitin digər nəticəsi Yens Stoltenberqin səlahiyyətlərinin 2023-cü il sentyabrın 30-dək uzadılması olub.