NATO Atlantik okeanına qoşun yerləşdirib

Esed Abasli 24/03/2022

NATO müdafiə planlarını aktivləşdirmək barədə qərar qəbul edib.

Bu barədə Alyansın Tvitter səhifəsində bildirilib.

“NATO Müttəfiqlərin suverenliyinə və ərazi bütövlüyünə hər hansı hücuma dözməyəcək. Biz Alyansı qorumaq üçün müdafiə planlarımızı aktivləşdirmişik, hazırlığımızı artırmışıq və Atlantik okeanının hər iki tərəfindən qoşunlar yerləşdirmişik”, - paylaşımda qeyd edilib.