Narkotiki təbliğ edən videolar yayan şəxs həbs edildi

Agamaliyeva Zuleyxa 06/08/2020

“İnstagram” sosial şəbəkəsində qeydiyyatdan keçərək narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs həbs edilib.

“XəbərBuro” DİN-ə istinadən xəbər verir ki, həmin profil səhifəsinin sahibi, Bərdə rayon sakini Sənan Ağayev saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə  narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Sənan Ağayevin mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

Bərdə Rayon Məhkəməsinin qərarına əsasən Sənan Ağayev İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1 ay müddətinə inzibati həbs cəzası tətbiq edilib.