Naftalanda Gənclər Günü ilə bağlı tədbir təşkil edilib

Esed Abasli 02/02/2023

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyində 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 26 illiyi münasibətilə tədbir təşkil olunub.

XəbərBüro xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Şəhər İcra Hakimiyyətinin əməkdaşı Afət Mustafayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxşəliyev, Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva, Naftalan şəhər tam orta məktəblərinin direktorları və gənclər iştirak edib.

Tədbirdə iştirak edən şəhər rəsmiləri çıxış edərək gəncləri təbrik edib gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda fəal gənclər müxtəlif nominasiyalar üzrə diplomla təltif olunub.

Naftalanda Gənclər Günü ilə bağlı tədbir təşkil edilib Naftalanda Gənclər Günü ilə bağlı tədbir təşkil edilib Naftalanda Gənclər Günü ilə bağlı tədbir təşkil edilib Naftalanda Gənclər Günü ilə bağlı tədbir təşkil edilib