Naftalanda ağır qəza baş verib

Məmmədzadə Zərintac 13/07/2020

Naftalanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Xəbərburo" xəbər verir ki, hadisə Naftalan-Qaşaltı avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.