Naftalan gəncləri üçün "İnkişafa mərkəzdən başla" adlı təlim keçirilib

Esed Abasli 16/07/2022

Naftalan gəncləri üçün "İnkişafa mərkəzdən başla" adlı təlim keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin təşkilatçılığı  ilə "İnkişafa mərkəzdən başla!" layihəsi çərçivəsində ilk təlim baş tutub. 


Təlimin ilk mövzusu "Zamanın idarə olunması" olub. Təlimçi Coşqun İsmayılov tərəfindən təlim zamanı gənclərə "Zaman anlayışı", "20 dəqiqə effekti", "İndiki ana fokuslanmaq", "Vaxt anlayışı", "Vaxtın idarə edilməsi" mövzuları haqqında məlumat verilib və gəncləri maraqlandıran suallar cavablandırılıb. 


Təlim qrup işləri və enercayzerlərlə davam edib. 


Qeyd edək ki, layihə silsilə şəkildə davam edəcək, növbəti təlim “Ünsiyyət bacarıqları” mövzusunda olacaq.