Nadir Zeynalov insanlarda virusun əlamətləri ortaya çıxarsa, nə etmələri haqda məlumat verib

Məmmədzadə Zərintac 03/07/2020

“Özünü pis hiss edən insan təcili tibbi yardıma müraciət etmədən öncə sahə həkiminə müraciət etməlidir”.

“Qafqazinfo”ya əsasən "Xəbərburo" xəbər verir ki,  bu haqda Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib. 

O qeyd edib ki, qızdırma, öskürək ola bilər, bu simptomlar hamıda “mən koronavirusa yoluxmuşam” qorxusu yaradır: “Poliklinika və ya sahə həkimi bəzi suallar verərək onun koronavirus olub-olmadığı haqda ilkin diaqnoz qoya bilər. Ehtiyac olduqda, onlardan evdə nümunə götürüləcək”.