Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda qar yağır - FAKTİKİ HAVA

Esed Abasli 23/02/2021

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən XəbərBüro-a bildirilib ki, saat 17:00-a olan məlumata əsasən, ölkənin şimal rayonlarına soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraiti dəyişib.

Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda yağıntılı olub, qara keçib. Bakıda hazırda yağış yağır. Qərb küləyinin sürəti Ağstafa, Naftalanda 20, Gəncə, Tovuzda 18, Yevlaxda 17, Bərdədə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.3 metrə çatıb.