Mustafa Şəntop ABŞ-ın Qarabağ məsələsinə münasibətindən danışdı

Mükafat İsazadə 11/02/2021

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop ABŞ-ın Qarabağ məsələsinə yanaşmasından bəhs edib.


"XəbərBüro" “Haber Global”a istinadən məlumat verir ki, bu barədə o, senatorlarının ABŞ Prezidenti Co Baydenə Türkiyə ilə bağlı ünvanladıqları məktubla əlaqədar müsahibə verərkən deyib.


Türkiyə parlamentinin spikeri bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk Qrupu həmsədrlərindən biridir. O, beynəlxalq hüquqa görə bu problemi işğalçı ölkəni o torpaqlardan çıxarmaqla həll edə bilər.


Şəntop bildirib ki, ABŞ-ın beynəlxalq hüquq baxımından dövlət siyasətinə də uyğun olaraq Azərbaycanın yanında olmalıdır. Bunun əvəzinə isə senatorlar Ermənistanı nəinki qınayır, hətta Azərbaycanı və ona beynəlxalq hüquq qaydalarına əsasən dəstəkləyən Türkiyəni tənqid edirlər.