"Əvvəlki həftələrdə müntəzəm marşrut xətləri üzrə fəaliyət göstərən avtobuslarda sərnişin daşınma üzrə göstərici 350-450 min idi. Lakin ötən həftə 500-600 min sərnişin daşınıb".

"XƏBƏRBURO" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobuslarda sərnişin artımı ötən həftə hiss edilməyə başlanılıb.

Xatırladaq ki, yeni koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq, ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində məhdudiyyətlər tətbiq olunur.