Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə sənəd qəbulu başa çatıb

Esed Abasli 07/06/2020


"XəbərBuro" məlumat verir ki,İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu barədə məlumat verib. 

“Müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 namizəd elektron ərizəsini təsdiq edib. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək”, - deyə o qeyd edib.