"Müdafiə sənayemiz hər zaman Azərbaycanın əmrindədir"

Məmmədzadə Zərintac 17/07/2020


Azərbaycan Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordunun komandanı general-polkovnik Kərəm Mustafayev və Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov və  Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir görüşüblər.

“Xəbərburo" xəbər verir ki, bu haqda komitə sədri “Twitter” hesabında məlumat yayıb.

“İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməyimizin lazım olduğu dönəmdə müdafiə sənayesində də əməkdaşlıq məsələlərimizi müzakirə etdik. Müdafiə sənayemiz silahlı PUA-larımızdan tutmuş silah-sursatlarımız və raketlərimizə, elektron hərbi sistemlərimizədək bütün təcrübə, texnologiya və imkanları ilə hər zaman Azərbaycanın əmrindədir. Azərbaycan Ordusuna yeni sistem qazandırmaqla yanaşı, mövcud sistemlərin modernləşməsi, təmiri və təlim məsələlərində birlikdə çalışacağıq. Bir millət - iki dövlət!”, - o söyləyib.