Müdafiə Nazirliyi yenə bir açıqlama verib

Məmmədzadə Zərintac 12/07/2020

Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Xəbərburo" xəbər verir ki, məsələyə dair Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

"Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır".