Müdafiə Nazirliyi sosial şəbəkələrdə olan görünütülərə aydınlıq gətirib

Məmmədzadə Zərintac 17/06/2020

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

 "Oxu.Az"a əsasən, yayılan məlumat həqiqəti əks etdirmir. Belə ki, həmin ərazidə partlayış baş verdiyi müəyyən edilib. Bunun səbəbi isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarətindədir.