Müdafiə Nazirliyi məlumat yaydı

Esed Abasli 24/03/2022

Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır.

Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.

Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.

Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.

Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir