Müdafiə Nazirliyi: ‘Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib’-YENİLƏNİR

27/09/2020

“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub”

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 27-də keçirilən brifinqdə deyib A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cərbayaıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Horadiz kəndi, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgər kəndləri azad edilib. Onun deməsinə görə, bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində qarşı tərəfin postları dağıdılıb, hakim yüksəkliklər nəzarətə götürülüb.