Müdafiə Nazirinin Sabiq müavini Çingiz Məmmədov vəfat edib

Svetlana Mirzəyeva 09/08/2020

Azərbaycanın müdafiə nazirinin sabiq müavini, general leytenant Çingiz Məmmədov dünyasını dəyişib.

“XəbərBuro" xəbər verir ki, o, bu gün vəfat edib.

Məlumata görə, Ç.Məmmədov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib. 

O, 2015-ci ildə ölkə prezidentinin sərəncamı ilə ehtiyata göndərilib.