MTN generalı həbsxanada vəfat etdi

Esed Abasli 09/12/2021

MTN generalı həbsxanada vəfat edib.

"XəbərBüro" Lent.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir neçə il əvvəl casusluqda ittiham olunaraq həbs edilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir Əlibala oğlu İsmayılov həbsxanada dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Z. İsmayılov 2018-ci ildə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilərək həbs edilib. Z. İsmayılovla birgə onun həyat yoldaşı Nəzakət İsmayılova da tutulub.

Z. İsmayılov məhkəmənin hökmü ilə 19 il azadlıqdan məhrum edilmişdi.