Motosikletçi qəza törədib

Məmmədzadə Zərintac 09/08/2020

Bakıda xəsarətlə  yol qəzası baş verib.

"Report"a əsasən, "XəbərBuro" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

23 yaşlı Mikayılov Mikayıl Mirzəbala oğlu motosikletlə hərəkətdə edərkən idarəetməni itirib və nəqliyyat vasitəsi beton səkiyə çırpılıb. Hadisə nəticəsində M.Mikayılov müxtəlif bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya aparılıb, müayinə zamanı ona sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub.

Fakta dair araşdırmalar aparılır.