Motosikletçi qəza nəticəsində xəsarət alıb
27/06/2020

Bakının Xətai rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
“Report”a əsasən "Xəbərburo" xəbər verir ki, hadisə Gəncə prospektində baş verib.
Yol qəzası nəticəsində motosikletin sürücüsü, 1996-cı il təvəllüdlü Qurbanov Kamal Amil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.