
“Moody's” "Bank of Baku"nun reytinqinə yenidən baxıb
07/12/2020

“Moody's” "Bank of Baku"nun reytinqinə yenidən baxıb
“Moody's” beynəlxalq reytinq agentliyi “Bank of Baku” ASC-nin milli və xarici valyutada uzunmüddətli depozit reytinqini “Caa1” səviyyəsindən “B3” səviyyəsinə qaldırıb.
Bu barədə "XərbərBüro " Report.az-a istinadən xəbər verir .
Məlumata görə, “Moody's” həm də Bankın Baza Kredit Qiymətləndirilməsinə (Baseline Credit Assessment – BCA) yenidən baxıb və onu “Caa1”dən “B3”ə yüksəldib, eləcə də milli və xarici valyutada qarşı tərəfin riskləri üzrə uzunmüddətli reytinqini (Counterparty Risk Ratings – CRRs) “B2”dən “B3”ə, qarşı tərəfin uzunmüddətli risklərinin qiymətləndirilməsi (Counterparty Risk Assessment) katerqoriyası üzrə reytinqini “B2”dən “B3”ə endirib.
Agentlik bəyan edib ki, "Bank of Baku"nun reytinqinin yüksəldilməsi Azərbaycanda ötən il fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlər nəticəsində Bankın ödəmə qabiliyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması ilə bağlıdır.
Related Articles







Rusiyanın sanksiyaların hədəfinə çevrilməsi Azərbaycana nə vəd edir?




“Xankəndidə yaşayan erməniləri kommunal xidmətlərlə təmin etməliyik”







Minlərlə ton Rusiya məhsulunun Azərbaycana idxalına məhdudiyyət qoyuldu





