Monteneqroda parlament seçkiləri keçiriləcək

Nadir Hüseynov 20/06/2020

Avqustun 30-da Monteneqroda parlament və yerli seçkilər keçiriləcək.


Xəbərburo" "Trend"ə istinadən bildirir ki, bu barədə ölkə prezidenti Milo Cukanoviç bildirib.


Bildirilib ki, Cukanoviç 16 iyun tarixində onun dəvəti ilə toplanan parlament partiyaları və koalisiyaları ilə məsləhətləşmələrdən sonra Monteneqro parlamenti üçün seçki tarixinin təyin edilməsi, həmçinin Andrievitsa, Budva, Qusine, Kotor bələdiyyə şuralarına seçkilərin keçirilməsi barədə qərar qəbul edib:


"Deputat və nümayəndələrin seçkiləri 30 avqust 2020-ci ildə keçiriləcək".