Moldovaya keçən ukraynalıların sayı açıqlanıb

Esed Abasli 06/03/2022

Ukraynada müharibə başlayandan bəri Moldovaya keçən ukraynalıların sayı açıqlanıb.

Bu barədə Moldovanın xarici işlər naziri Niku Popesku "Twitter"də bildirib.

Nazirin sözlərinə görə, fevralın 24-dən bəri Ukraynadan Moldovaya 201 133 ukraynalı daxil olub:

"Ölkəmiz hazırda 96 000-dən çox Ukrayna vətəndaşına, o cümlədən 40 000-ə yaxın azyaşlıya sığınacaq verib. Moldova indiyə qədər adambaşına ən çox qaçqın düşən ölkədir".