Mobil telefonlar

Arzu Məmmədli 13/06/2020

İnformasiya kommunikasiya texnologiyalarının inkişafı insanların həyatında mühüm rol oynayır. Bunlardan biri də mobil telefonlardır. Mobil telefonlar müasir insanların həyatına o qədər dərin kök salıb ki, hətta insanlar özlərini mobil telefonsuz təsəvvür edə bilmirlər. Başqa sözlə desək, mobil telefonlar insan həyatı üçün zərurətə çevrilib. Bu yazımızda sizləri bu cür qurğular haqqında maraqlı məlumatlarla tanış edəcəyik. Gün ərzində heç fikirləşirsinizmi, neçə insana zəng vurmusunuz? Yaxud neçə nəfər sizə zəng edib? Bəs görəsən mobil telefonla ilk zəng edən insan kim olub? Bu adam Motorola şirkətinin əməkdaşı olub. Məhz elə bu şirkət dünyada ilk mobil telefon istehsalçısı olub. Şirkət əməkdaşının adı isə Martin Kuper idi. Hadisə 1983-cü ildə baş verib. Bu hadisədə kiçicik yumor payı da mövcuddur. Belə ki, Martin rəqib şirkətin sahiblərinə zəng vuraraq, bildirb ki, Nyu York küçələri ilə yeriyərkən onlarla söhbət edir. Bu isə o zaman üçün həqiqətən də ağlasığmaz olduğu üçün rəqibləri olduqca əsəbləşdirib. İlk smartfonlar 1993-cü ildə meydana gəlib. Belə ki, indiki qurğularla nisbətdə onları smartfon adlandırmağa adamın dili gəlmir. 1993-cü ilin smratfonlarında ünvan kitabçası, təqvim və poçt qutusunu yoxlamaq imkanı kimi primitiv finksiyalardan başqa bir xüsusiyyətləri yox idi. Lakin böyük ekrana malik idi. Əlbəttə o zaman insanlar bu primitiv cihaza 899 ABŞ dolları verirdilər.Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır.Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.Qeyd edək ki, mobil telefondan normadan çox istifadə etmək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.2008-ci ilin oktyabrnda Vyetnamda Nguyen Xuan Linh mobil telefon təqdim edib: 3,2 metr uzunluğunda və 300 kq ağırlığında. GSM şəbəkə ilə işləyir. Funksiyalar: SMS, 2 Mp kamera, Bluetooth, dinamik 200 vatt gücü ilə və polifoniyasız.


Film-Legend Mədəniyyət
Film-Legend
Musiqilər Mədəniyyət
Musiqilər
Film-The best of me Mədəniyyət
Film-The best of me
Güzgülər Mədəniyyət
Güzgülər
Ağaclar Mədəniyyət
Ağaclar
Rəqslər Mədəniyyət
Rəqslər
Film-Dangal Mədəniyyət
Film-Dangal
Film-Guzaarish Mədəniyyət
Film-Guzaarish
Nostalji Mədəniyyət
Nostalji
Kəşflər Mədəniyyət
Kəşflər