MN: " Qan Bankında bütün qan qruplarının ehtiyatı var"
16/07/2020

Son günlərdə sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olmasına dair dezinformasiyalar yayılır.
"Xəbərburo" xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.
Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu vurğulayıb. O söyləyib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur.