MN heç bir ərazi itkimizin olmadığını bildirib

Məmmədzadə Zərintac 13/07/2020

“Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”.

"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

O vurğulayıb ki, iyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib: “Mülki vətəndaşlar arasında heç bir itki yoxdur. Hal-hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir”.