XəbərBuro

MN daha bir məlumat yayıb

16/07/2020

Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimizin  D-30 toplarından atəşə tutması barədə düşmən tərəfinin yaydığı məlumatları təkzib edib.

“Qafqazinfo”nun Müdafiə Nazirliyi rəsmisinin məlumatına əsasən "Xəbərburo"  xəbər verir ki, belə məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır: “Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”.

Digər Məqalələr