Mixail Yefremov xəstəxanaya aparılıb

Məmmədzadə Zərintac 11/08/2020

Tibbi işçiləri rusiyalı aktyor Mixail Yefremovu məhkəmə zalından xərəkdə çıxarıblar. O, təcili tibbi yardım maşınında xəstəxanaya aparılıb. “XəbərBuro" xəbər verir ki, bununla bağlı “RİA Novosti” bildirib.

Botkin xəstəxanasından agentliyə məlumat daxil olub ki, Yefremov ağır vəziyyətdə reanimasiyadadır.

Növbəti iclas çərşənbə günü səhər saat 10:00-a keçiriləcək.

Aktyor  8 iyunda Moskvanın mərkəzində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib. Cipdə hərəkət edən artist əks hərəkət istiqamətinə çıxıb və furqonla toqquşub. Sonuncunun sürücüsü bir neçə saatdan sonra ölüb.