
Mingəçevirdə evə basqın edən şəxslər tutuldu
19/06/2020
Mingəçevirdə özünü yardım təşkilatlarından birinin üzvü kimi təqdim edən naməlum şəxsin şəhər ərazisindəki evlərin birinə daxil olaraq ev sahiblərinə bıçaqla hədə-qorxu gəlməsi və kül alətlə qadına xəsarət yetirib qaçması barədə Şəhər Polis Şöbəsinə məlumat daxil olub.
"Xəbərburo" "Report"a istinadən xəbər verir ki, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Amil Mehdiyev saxlanılıb.
Araşdırma zamanı A.Mehdiyevin Goranboy rayon sakini Orxan Mehdiyevlə qabaqcadan əlbir olaraq, ev sahibinə məxsus pulu ələ keçirmək məqsədilə həmin cinayət əməlini törətdikləri müəyyən edilib. O.Mehdiyev də şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Related Articles


Qayınanasını öldürdüyünü etiraf etsə də, ərinin qətlə yetirdiyi məlum oldu



Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırıldı - üzr istədi








Xaricdə yaşayan narkotacirə Bakıda narkokuryerlik edən 3 nəfər saxlanıldı.










