Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının ilk həftəsi uğurla başa çatıb

"Xəbərburo" "mdu.edu.az"a istinadən xəbər verir ki, Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin 8 iyun tarixində başlayan online imtahan sessiyasının ilk həftəsi uğurla yekunlaşıb. MDU-da imtahanlar ilk dəfə olaraq “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.
8-13 iyun tarixlərini əhatə edən ilk beş imtahan günündə bakalavriat və magistratura səviyyələrində keçirilən 156 imtahanda ümumilikdə 1874 tələbə və magistrant iştirak edib. Sevindirici haldır ki, ilk imtahan həftəsində faktiki olaraq bütün tələbələr müvəffəq qiymət alıblar.
Universitetdə yaz semestrinin imtahan sessiyası cari ilin 7 iyul tarixinədək davam edəcək.
MDU-nun magistratura təhsil pilləsinin I kursunda təhsil alan Elvin Muradzadə məsafədən online şəkildə təşkil olunan dərslər və imtahanlar barədə fikirlərini bölüşüb.