Minaatan bölmələrimizin təlimi davam edir

Aynur 18/09/2021

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir.

“XəbərBüro” "Qafqazinfo"ya istinadan bildirir ki, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqları icra olunur.

Minaatan qurğuları tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.

Təlimə cəlb olunan şəxsi heyət hədəfləri sərrast atəşlə məhv edir.