Milyoner bloqqer motosiklet qəzasında öldü

Röya Vahabova 23/06/2020

Rusiyanın tanınmış milyoner bloqqeri Anastasiya Tropitsel dünyasını dəyişib.

"Xəbərburo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, 18 yaşlı fenomen İndoneziyanın Bali adasında həyatını itirib.

Polisin məlumatına əsasən, o, motosiklet qəzasında ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən Anastasiyanın həyatını xilas etmək mümkün olmayıb.