Millimizin oyunları təxirə salınıb

Məmmədzadə Zərintac 31/08/2020

Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu il sentyabrın 16-da və 22-də keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları COVİD-19  ilə  bağlı müvafiq milli assosiasiyalar arasında qarşılıqlı razılaşma və UEFA-nın qərarı əsasında təxirə salındı.

"XəbərBuro"  xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmaların 2021-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulub.