Millimizin oyunçusu “Barselona”ya möhtəşəm qol vurdu
Mükafat İsazadə 20/02/2021

Millimizin futzalçısı Eduardo Borqes çıxış etdiyi Fransanın AKKS klubu ilə UEFA Çempionlar Liqasında İspaniyanın məşhur “Barselona” komandasına qol vurub.
"XəbərBüro" məlumat verir ki, bu gün Barselonada keçirilən oyunda hesabı 9-cu dəqiqədə millimizin braziliyalı legioneri Edu açıb. O, dabanla möhtəşəm qola imza atıb.
Bununla belə, daha təcrübəli olan “Barsa” iki qol vuraraq 2:1 qalib gəlib. Bununla da Kataloniya klubu 1/4 finala vəsiqə qazanıb.