Millimizə yeni futbolçu çağırıldı

Svetlana Mirzəyeva 03/09/2020

Azərbaycan milli komandasının heyətinə yeni futbolçu çağırılıb.

"XəbərBuro"-nun  AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Sabah” klubunun üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub. Onun adı avqustun 27-də açıqlanmış heyətdə ehtiyat oyunçular arasında göstərilmişdi. 

Xatırladaq ki, Azərbaycan yığması UEFA Millətlər Liqasındakı ilk oyunlarını sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə səfərdə Kiprə qarşı keçirəcək.