Milli məclisin sabah keçiriləcək plenar iclası təxirə salınıb

22/06/2020

"Xəbərburo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb deputatların bir neçəsində koronavirus testinin nəticəsinin pozitiv çıxmasıdır. 

Növbəti iclasın vaxtı barədə məlumat veriləcək. 

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə isə iyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah (23 iyun) bəlli olacaq.