Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
18/12/2020

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.
“Report”un xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında sədr Sahibə Qafarova məlumat verib.
O bildirib ki, parlamentin növbəti plenar iclası dekabrın 22-də keçiriləcək: “İclasın gündəliyi barədə isə əlavə məlumat veriləcək”.