Millət Vəkilinin nümayəndələri Goranboy rayon Qaradağlı kəndində şəhid ailəsi ilə görüşüb

Esed Abasli 29/11/2020

"XəbərBuro" oxuİnfo.az saytına istinadən xəbər verir ki,28.11.2020-ci il tarixində Millət Vəkili Anar Məmmədovun göstəriş və tapşırığına əsasən köməkćisi Elçin Cahangirov və aidiyyatı nümayəndələri Goranboy rayon Qaradağlı kəndində birinci Qarabağ müharibəsində şəhid olmuş Tağıyev Şahin Rəhim oğlunun ailəsinə baş çəkib.

İlk öncə nümayəndələr şəhidin əmisi və qardaşı ilə birgə məzarını ziyarət etdilər.

Şəhid Şahin Rəhim oğlu Tağıyev 2000 ci ildə Goranboy rayon Qaradağlı kəndində ustad ailəsində doğulmuşdur. Vətənə bağlı olan Şahinin isə istəyi hərbici olub vətən keşiyini qorumaq olub. Bu arzusuna çatan Şahin Sərhəd Qoşunlarında Gizir kimi fəaliyyətə başlamışdır. İkinci Qarabağ Müharibəsinin iştirakçısı olmuş Şahin Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik məqamına ucalmışdır. Şahin Rəhim oğlu Tağıyev doğulub böyüdüyü Goranboy rayon Qaradağlı kəndində torpağa tapşırılmışdır. Xatırladım ki, şəhid Şahin Tağıye el aşığı Rəhim Dəmir oğlu Tağıyevin kiçik övladıdır.

Şəhid ailələrinə dərin hüzünlə başsağlığı verən Millət Vəkilinin köməkçisi Elçin Cahangirov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunmuşdur.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etmişdir, şəhidlərimizin qanı yerdə qalmamışdır. Elçin Cahangirov şəhid ailələrinə Millət Vəkili Anar Məmmədov tərəfindən daim qayğı ilə əhatə olunacağını qeyd etmiş, daxili imkanları hesabına köməklik göstəriləcəyini diqqətə çatdırmışdır.

Şəhidin əmisi Rəhman Tağıyev ailə üzvüləri adından Millət Vəkili Anar Məmmədova sonsuz təşəkkürünü bildirdi. Biz Anar Məmmədovu öz doğmamiz kimi qəbul etmişik,səs verib seçdiyimiz layiqli namizədimiz hərzaman seçicilərinin yanındadır.Şəhid atasız olmağına baxmayaraq onun yas mərasiminin təşkil olunması bununla yanaşı qəbirüstü məzarının götürülməsində Anar Məmmədovun böyük əməyi olmuşdur. Odur ki, şəhid ailə üzvüləri deputatımız Anar Məmmədova minnətdarıq ki, bu cür ailələri daim diqqət mərkəzində saxlayır,onların qayğılari ilə maraqlanır.