Millət istəyir, Çarboğa gəlir...

Esed Abasli 03/04/2023

Millət istəyir, Çarboğa gəlir...

TAİB-in İdarə Heyətinin üzvü, tanınmış türk yazarı Kenan Çarboğa TBMM-nın 28-ci çağrış üzrə deputatlığa namizədliyini irəli sürüb. 

Milliyətçi Hərəkat Partiyasında müxtəlif vəzifələrdə çalışmış və ömrünü Turana, ülküsünə həsr etmiş Türk dünyasının əzəmətli şairlərindən olan Kənan bəy Azərbaycan və Türk dünyası ilə sıx bağlılığı ilə həmişə fərqlənmişdir. 

Bütün Türk dövlətlərində böyük hörmətlə tanınan və şeirləri dillər əzbəri olan, yazar kimi tanınmaqdan savayı Turan aşiqi, vətən sevdalısı, Türk oğlu Türk kimi də iz qoymuşdur. 

O, öz yaradıcılığı və sənəti ilə tələbələrinə hər zaman örnək olmuşdur. Yetişdirdiyi gənclər Türkiyə və Türk dünyası üçün faydalı, vətənpərvər ruhda yetişərək ictimai nüfuzunu artırması, Çarboğanın Turana və Türklüyə böyük töhfəsinin nümunəsidir. Hər zaman səfərlərində Sivasın gözəlliklərinindən bəhs edən və Sivasa öz məhəbbətini, sədaqətini sübut etmiş Kənan bəy bundan sonrakı dövrlərdə də təkcə öz Sivası üçün deykl, Türkiyə və türk dünyası üçün yaradacaq, yaşayacaq və yaşadacaq! 

Bütün Sivaslı qardaşlarımıza və bacılarımıza Azərbaycandan, Türk Dünyasından sevgilərimizi və hörmətlərimizi çatdırırıq... 

Kənan bəyə uğurlar arzulayırıq.

Hörmətlə, TAİB GT-nin sədri Sübhan Xıdırzadə