“Mi-24” helikopterləri modernləşdiriləcək

Togrul Quliyev 28/06/2020

Rusiyanın “Rostec” şirkətlər qrupuna bağlı olan Radio-Elektron Texnologiyalar Qrupu ordunun inventarında olan “Mi-24” hücum helikopterlərini (NATO-dakı adı “Hind”) müasir döyüş mühitinin tələblərinə uyğun modernləşdirəcək.

XəbərBuro Ordu.az-a istinadən xəbər verir ki, helikopterlər “Mi-28NM” hücum helikopterinin standartlarına uyğunlaşdırılacaq.

Bildirilir ki, modernləşdirmə çərçivəsində helikopterlərin raket sistemlərinə qarşı özünümüdafiə qabiliyyəti artırılacaq, yeni nəsil “şüşə kokpit”, yeni nəsil atəşə nəzarət sistemi və bir sıra yeni silah sistemləri ilə təchiz ediləcək.

Bundan əlavə, “Mi-24” pilotları gecəgörmə gözlüklərindən istifadə edə biləcək.