Meyxanaçı vəfat etdi

01/08/2020

Meyxanaçı Vüqar Hüseynov vəfat edib.

"Xəbərburo" xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib. Onun dünyasını dəyişmə səbəbi səhhətində yaranan problem olaraq bildirilir. 37 yaşlı meyxanaçı Corat kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Vüqar Corat kimi tanınan meyxanaçı 2002-ci ildə, 19 yaşında "De, gəlsin" meyxana yarışmasının qalibi olmuşdu.