Metroya yalnız bu şərtlə buraxılacaqsız

08/05/2020

Xəbər verdiyimiz kimi, sabahdan Bakı Metropoliteninin fəaliyyəti bərpa edilir. 

“XƏBƏRBURO" xəbər verir ki, Operativ Qərargahın yaydığı məlumata görə, metrostansiyalara yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcək.

Qeyd edək ki, martın 31-dən fəaliyyətini dayandıran Bakı metrosu sabah 06.00-dan etibarən açılacaq.