Metropolitenin xidmət rəisi vəfat edib

Röya Vahabova 17/06/2020

“Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev vəfat edib. 

"Xəbərburo" bildirir ki, Bakı metropolitenindən “Qafqazinfo”ya verilən məlumata görə, o, qurumda 30 illik əmək fəaliyyəti dövründə müxtəlif vəzifələrdə çalışıb. 

Etibar İsayev bu gün 52 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

E. İsayev Bakı metropoliteninin 50 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar mühəndis fəxri adına layiq görülmüşdü. 

Allah rəhmət eləsin!