Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb
Esed Abasli 23/02/2022
Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb
"XəbərBüro" bildirir ki, "Köhlən atlar"ın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, müraciət və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.
“Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək oyun saat 21:45-də başlayacaq.