Metroda problem yaranıb
22/09/2020

Bakı Metropolitenində qatarların hərəkətində gecikmələr yaranıb.
Bu barədə "Xəbərburo” bildirir ki, Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, “N. Nərimanov”- “Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş vermiş nasazlığa görə Metropoliten xətlərində qatarların hərəkətində gecikmələr olub:
"Bəzi qatarlarda intervaldan əlavə olaraq 2-3 dəqiqə gecikmə müşahidə olunub”.
B. Məmmədov həmçinin bildirib ki, bir neçə qatar isə qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edib.